UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” (Plzen) – “Qarabağ” matçı canlı yayimlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu gün Plzendə keçiriləcək qarşılaşmanı ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.
Ümumilikdə matç 81 ölkədə canlı yayımlanacaq.
Rusiyanın “Match Futbol 1”, Avstriyanın “DAZN”, Çexiyanın “Premier Sport 2”, Xorvatiyanın “Arena Sport 7”, Danimarkanın “TV3 Sport”, Fransanın “beİN Sports 2”, İrlandiyanın “BT Sport 3”, İsrailin “5Stars”, Braziliyanın “HBO Max”, Çinin “QQ Sports”, Finlandiyanın “C More Suomi”, Macarıstanın “Sport 1”, Monteneqronun “Arena Sport 4” və başqa kanallar görüşü yayım proqramına salıb.
Qeyd edək ki, Çexiyadakı “Dusan Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matç qolsuz heç-heçə ilə başa çatıb.