Slaven Biliçin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən “Beşiktaş”ın “radarı”nda bir neçə təcrübəli məşqçi var.
İdmanxeber.com-un məlumatına görə, bunlardan biri də “Xəzər Lənkəran”ın keçmiş çalışdırıcısı Mustafa Dənizlidir. Türkiyənin “Meydan” qəzetinin yaydığı xəbərə görə, bir müddət əvvəl Lənkəran təmsilçisini çaldırmış təcrübəli məşqçinin keçmiş klubu “Beşiktaş”a dönmək ehtimalı var. Hal hazırda “qara-qartal” Dənizliylə yanaşı, bir neçə məşqçi ilə danışıq aparır.
Yeni çalışdırıcının kimliyinə yaxın zamanlarda aydınlıq gələcəyi gözlənilir.