Dünya futbolu

Yeni transferin 70 min avroluq saatını oğurladı

Fransanın “Nitsa” klubunun futbolçusu Lamin Diabi komanda yoldaşı Kasper Dolberqin saatını oğurlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Dolberqin dəyəri 70 min avro olan saatını stadionun paltardəyişmə otağından oğurlayan Diabi komanda yoldaşlarından üzr istəyib. Buna rəğmən 18 yaşlı futbolçunun bundan öncəki intizamsızlıqlarına görə, komandadan uzaqlaşdırılacağı bildirilir.
Qeyd edək ki, Dolberq bu yay “Ayaks”dan “Nitsa”ya keçmişdi.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43