24 İyun 2026
Dünya futbolu

“Yuventus” yeni baş məşqçisini açıqladı

“Yuventus” yeni baş məşqçisi İqor Tudorla rəsmi müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb. Tudor “Yuventus”u Çempionlar Liqasına apara bilsə, onun sözləşmə uzadılacaq.

Tudor “Yuventus”da Tyaqo Mottanı əvəzləyib. O, futbolçu kimi 1998-2007-ci illərdə “Yuventus”un formasını geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43