“Yuventus”dan Pol Poqbanı heyətinə qatmağa çalışan “Barselona” bu transferdən imtina edib.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb “qoca sinyora”nın fransalı futbolçusu ilinə 12 milyon avro (vergilər xaric) tələb edir. Kataloniya klubu isə bu qədər yüksək məvacib tələb edən futbolçunu komandada atmosferin pozulmamasına görə transfer etməkdən imtina edib. Maraq üçün qeyd edək ki, Poqbanı bu şərtlər altında “Barsa” transfer etsəydi o zaman yarımmüdafiəçi Messidən sonra bu komandada ən çox maaş alan futbolçu olacaqdı.

