Ölkə futbolu

“Zirə” əsas üzvünü itirdi

Misli Premyer Liqasının 34-cü turunda “Zirə” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, avrokubok iddiasını davam etdirən qəsəbə təmsilçisi oyuna itkilərlə hazırlaşır. Komandanın əsas üzvlərindən olan Hamidu Keyta “kimyaçılar”a qarşı forma geyinə bilməyəcək.

Buna səbəb oyunçunun cəzalı olmasıdır. Onunla yanaşı, zədələri davam edən Filipe Paxtman, Mohamed Hamdaui və Vladislav Kulaç görüşdə iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, “Sumqayıt” – “Zirə” matçı mayın 27-də, saat 17:30-da start götürəcək. 47 xalla 5-ci pillədə qəralaşan “Zirə” 4-cü pillədəki “Qəbələ”dən 2 xal geridə qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43