05 İyun 2026
Ölkə futbolu

“Zirə”nin şikayəti qismən təmin edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı şikayətini qismət təmin edib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 12-də “Qarabağ”la qarşılaşmada rəqibi təhqir edən futbolçunun 3 matçlıq cəzasının ikisi şərti olaraq dəyişdirilib.

Qurban Cəlilova 3 aylıq sınaq müddəti təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43