Dünya futbolu

Əfsanə geri dönür?

Lionel Messi yenidən karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Barselona” klubunun baş məşqçisi Xavi Hernandez argentinalı futbolçunu komandasında görmək istəyir. Gənc mütəxəssisin bununla bağlı klub rəhbəri Xuan Laporta ilə danışdığı bildirilir.

2023-cü ildə PSJ ilə müqaviləsi bitəcək olan Messi yenidən Kataloniya kulubuna qayıtmağa müsbət yanaşır. Xəbərdə ulduz oyunçunun Paris təmsilçisi ilə sözləşməsinin bitməsinin ardından “Barselona”yla danışıq aparacağı vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43