Kateqoriyasız

“A Seriyasına daha rahat uyğunlaşa bilərəm” – “Qarabağ”ın futbolçusu

“Böyük çempionatlarda olduğu kimi rəqabətli liqaları sevirəm. Mənə elə gəlir ki, A Seriyasına daha rahat uyğunlaşa bilərəm. Sürətli mərkəz müdafiəçisiyəm. 4 və ya 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina İtaliyanın TMW nəşrinə açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Qarabağ”da xoşbəxtəm, gələcəkdə nə olacağını bilmirik. Daha böyük liqalarda oynamaq arzularım var. Komandamla UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirəm. Kolumbiya millisində oynamaq arzumu da gerçəkləşdirəcəyəm”.

Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “köhlən atlar”ın formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43