28 İyul 2026
Kateqoriyasız

“Elazığspor” prezidenti: “Cavid İmamverdiyev haqda FİFA-ya məlumat verdik”

Ötən gün “Elazığspor”un prezidenti Selçuk Öztürk mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Cavid İmamverdiyev komandanı niyə tərk etdi?” sualına klub prezidenti belə cavab verib:

“Bildiyiniz kimi, Cavidi icarə əsasında komandaya qayıtdıq. Onun bütün pulunu vermişdik, lakin bizi tərk edib getdi. Bu barədə FİFA-nı da məlumatlandırdıq. Bu saatdan sonra onun komandaya xeyiri olacağını düşünmürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43