23 İyul 2026
İdman

Avropa Oyunlarının məşəli Naxçıvanda

“Bakı-2015” Birinci Avropa Oyunlarının məşəli artıq Bakıdan Naxçıvana gətirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün axşam saatlarında məşəlin Naxçıvanda yandırılması mərasimi keçiriləcək.

Qeyd edək ki, aprelin 26-da Atəşgah Məbədindən “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43