01 İyul 2026
Kateqoriyasız

Qaret Beyldən La Liqa rekordu

İspaniya La Liqasının 30-cu turunun “Sevilya” ilə oyununda (4:0) komandasının qələbəsinə bir qolla töhfə verən “Real”ın üzvü Qaret Beyl tarixə düşüb. 

İdmanxeber.com-un məlumatına görə, uelsli futbolçu “Sevilya” ilə oyunda fərqlənərək La Liqada vurduğu qolların sayını 43-ə çatdırıb.

O, bu göstəriciylə La Liqanın ən məhsuldar britaniyalısı olub.

Beyldən əvvəl La Liqanın ən məhsuldar britaniyalısı 1986-1989-cu illər aralığında “Barselona”nın şərəfini qorumuş ingilis hücumçu Qari Lineker olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43