23 İyun 2026
Kateqoriyasız

Fransa millisi Bakıdakı Avropa çempionatına vəsiqə qazandı

Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu Fransa millisidi. Fransızlar Yunanıstanı məğlub edərək Bakıdakı turnirə vəsiqə qazanıblar.

Qeyd edək ki,  bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43