23 İyun 2026
Kateqoriyasız

Nizami Hacıyev “İnter”i tərk etdi

Premyer Liqanın 27-ci turunda Neftçi”yə qarşı matçda zədə səbəbindən meydanı tərk edən Bakının “İnter” klubunun kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var.

Əvvəlki zədəsini yeniləyən N.Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana gedib.

Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43