23 İyun 2026
Dünyadan

İquain “Napoli” ilə müqavilə yeniləməkdən imtina etdi

Qonzalo İquain çıxış etdiyi “Napoli”nin yeni müqvailə təklifini rədd edib.

İdmanxeber.com-un məlumatına görə, “Corriere dello Sport” xəbər yayıb.

Məlumatda bildirilir ki, klub prezidenti Aurelio de Laurentis argentinalı futbolçu ilə 2020-ci ilə qədər müqavilə imzalamaq istəyib.

Hücumçu “Napoli”nin təklifini rədd edib. Neapol təmsilçisi ilə müqaviləsi 2018-ci ildə başa çatacaq 28 yaşlı futbolçu Avropanın top-komandalarında çıxış etmək arzusundadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43