Bu ilin may ayında Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu Fransa millisidi. Fransızlar Yunanıstanı məğlub edərək Bakıdakı turnirə vəsiqə qazanıblar.
Qeyd edək ki, bundan əvvəl Danimarka, Serbiya, Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

