16 İyun 2026
Kateqoriyasız

“Bavariya” və “Barselona”dan qələbə (YENİLƏNİB+VİDEOLAR)

Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 2 oyun baş tutacaq.

İspaniyada bu ölkənin iki komandası – "Barselona" və "Atletiko" "Nou Kamp"da üz-üzə gələcəklər. 

ÇL-in əsas iddialı komandalarından biri "Bavariya" isə öz meydanında "Benfika" ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah axşam keçiriləcək.

5 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

22:45. "Barselona" (İspaniya) – "Atletiko" (Madrid, İspaniya) – 2:1 
Qol:
 Fernando Torres, 25 (0:1), Luis Suares, 63 (1:1), 74 (2:1)
Qırmızı vərəqə: Fernando Torres, 35 ("Atletiko")

22:45. "Bavariya" (Almaniya) – "Benfika" (Portuqaliya) – 1:0 
Qol:
 Vidal, 2 (1:0)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43