“Tour d’Azerbaidjan-2016” veloyürüşündə 2-ci mərhələyə yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, 19 ölkəni təmsil edən 21 komandanın üzvləri 10:30-da Bakıda mübarizəyə start veriblər. 186,5 km məsafə qət edən idmançılar finişə İsmayıllıda çatıblar.
Mərhələnin qalibi “Synergy Baku”nun üzvü Maksim Averin olub.

