22 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz” – “Daçiya” oyununun başlama saatı bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” oyununun başlama vaxtı müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Gəncə klubunun təklifi və UEFA-nın qərarı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” – “Daçiya” matçı iyunun 28-də “Dalğa Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43