22 Oktyabr 2024
İdman

“Qəbələ”nin Avroliqadakı rəqibi transferdən 10 milyon avro qazandı

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Anderlext” daha bir aparıcı futbolçusu ilə vidalaşıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Stefano Okaka Belçika təmsilçisi ilə yollarını ayırıb.

 

İtaliya millisinin üzvü karyerasını İngiltərədə davam etdirəcək. O, Premyer Liqada çıxış edən “Uotford” klubu ilə anlaşıb. “Anderlext” 27 yaşlı forvardın keçidindən 10 milyon avro qazanc əldə edib. Okaka özü isə “Uotford”la 5 illik müqavilə imzalayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43