Almaniya millisinin və “Qalatasaray”ın üzvü Lukas Podolskinin yığma karyerasına son qoymaq qərarına gəlməsi barədə məlumat vermişdik.
İdmanxeber.com-un məlumatına görə, polyak əsilli futbolçunun Almaniya millisində son oyununun vaxtı bəlli olub. Belə ki, Podolski gələn ilin fevral ayında, İngiltərəyə qarşı yoxlama oyununda sonuncu dəfə milli formanı geyinəcək.
2004-cü ildən millidə çıxış edən Lukas, bu müddətdə meydana çıxdığı 129 oyunda 49 qola imza atıb.