“Şahdağ” klubunun aşağı yaş qruplarında çalışan Fair Əmirquliyev Qusarın başqa bir komandası – “Metak”a keçib.
İdmanxeber.az-ın məlumatına görə, perespektivli gənc çalışdırıcı bundan sonra “Metak” klubu ilə çalışacaq. Tərəflər arsında ötən gün razılıq əldə olunub və müqavilə imzalanıb.
Qeyd edək ki, “Metak” klubunda Salman Səfərov, Mehman Səfərov, Mahir Mirzəağayev və Vüqar Asəliyev kimi təcrübəli mütəxəssislər çalışır.