27 Dekabr 2024
Kateqoriyasız

“Ailə problemlərinə görə milliyə gec qoşuldum” – millinin üzvü

“Ailə problemlərim olduğu üçün millinin məşqlərinə bir az gec qoşuldum”.

İdmanxeber.az-ın məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı oyunçu ailəsinin köməkliyi ilə yığmanın düşərgəsinə qatıldığını bildirib: Toplanışa gəlməzdən əvvəl formamı saxlamaq üçün fərdi şəkildə məşqlər edirdim. Ona görə də bu gün hazırlıq prosesində çox çətinlik çəkmirəm”.

Səmədova komandada yaxşı ab-hava olduğunu diqqətə çatdırıb: “Məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur. Hər birimiz İslamiadanın və Avropa çempionatının təsnifat mərhələsində oyunların məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq. Əsas rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq səhvsiz oynamalıyıq. İnanıram ki, biz hər iki yarışdan vətənə qələbə ilə dönəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43