Serxio Buskets cari mövsümün sonunda “Barselona”nı tərk edəcək.
İdmanxeber.az xəbər verir ki, 34 yaşlı müdafiəçi məvacibi ilə bağlı güzəştə getməyə razılaşmayıb.
Bu səbəbdən təcrübəli oyunçu gələn yay başa çatacaq müqaviləsini yeniləməyəcək. O, yığmadakı karyerasını da başa vura bilər.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxio Buskets bu əsas komandada 681 oyuna 18 qol vurub, 43 məhsuldar ötürmə edib.

