Azərbaycanda transfer pəncərəsinin bağlanmasına baxmayaraq “Səbail” heyətini gücləndirməkdə davam edir.
İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu bu dəfə “Neftçi”nin əvəzedici komandasından Nihad Quliyevi rənglərinə bağlayır. “Səbail” çox güman ki, yaxın günlərdə gənc mərkəz müdafiəçinin keçidini rəsmən açıqlayacaq.
Qeyd edək ki, ötən mövsüm “Neftçi-2”-də 16 dəfə meydana çıxan 21 yaşlı futbolçu 3 dəfə rəqib qapılarına yol tapa bilib.

