Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Fode Koyta karyerasını “Qarabağ”da davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə “61saat” nəşri məlumat yayıb.
Qvineyalı hücumçu 2021-ci ilin yayından “Trabzonspor”da çıxış edir. O, Qaradəniz təmsilçisi ilə 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
31 yaşlı hücumçu “Hatayspor” və “Giresunspor”dan təklif alıb. Ancaq bu klublardan gələn təklifə isti yanaşmayıb.

