Kateqoriyasız

Rəşad Sadıqov qələbəni şərh etdi

Misli Premyer Liqasında V turun “Zirə” – “Qəbələ” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Gərgin oyun oldu. “Sabah”la matçı çıxmaqla bütün oyunlarımız gərgin alınıb. Azarkeşlər üçün maraqlı oldu. Oyuna pis başlamadıq, amma sonra üstünlük rəqibə keçdi. Penaltidən sonra daha aqressiv oynadıq. Hər iki komanda topla oynamağı xoşlayır. Maraqlı mübarizənin şahidi olduq. Hər iki komanda qələbəyə layiq idi. Futbolçularımı təbrik edirəm. Psixoloji cəhətdən ağır oyun idi. Dönüş etmək xarakyter, usatlıq tələb edir.

– Rəqib baş məşqçi Elmar Baxşıyev dedi ki, bu gün güclü qalib gəlmədi…

– Onun şəxsiyyətinə və işinə böyük hörmətim var. Ola bilsin, belə fikirləşir. Düşüncəsinə hörmət edirəm. Bu gün hər iki komanda qələbəyə layiq idi. Oyun çox sürətli gedirdi. Biz daha dəqiq olduq.

– Oyunun taleyini necə dəyişdiz?

– Allah dəyişdi. Sonradan meydana çıxanlar oyunu canlandırdılar. Həlledici amil futbolçuların meydanda qəti və iradəli olması oldu. Qələbə qazanmağı düşünürdülər. Belədə istənilən nəticə əldə olunur.

– Yeni transferlərin oyununu necə dəyərləndirirsiz?

– Heyfsilənirəm ki, komandaya gec qoşuldular. Heyət geniş olanda manevr edə bilirsən. Kasad olanda isə oyuna güc qatmaq üçün əldə material olmur. Bu gün oyuna yaxşı daxil oldular. Optimal formaya keçəndən sonra daha çox fayda verəcəklər.

– Qapı xəttində dəyişiklik etmişdiz. Bu, nə ilə bağlı idi?

– Sadəcə, belə qərar verdik. Anar ötən mövsümün sonunda da yaxşı çıxış etmişdi. Bu gün ona şans verdik.

– Rəhim Sadıqov “Zirə”yə gələndən ən yaxşı oyununu keçirdi. Hücumda oynaması nə ilə bağlı idi?

– Onda hücumçu keyfiyyətlərini görürəm. Usta oyunçudur, ağıllı və sürətlidir. Əvvəlki matçlarda da hücumda oynatmaq istəyirdim. Bu gün qəti fikrim oldu. Çox fayda verdi. Universal oyunçudur, bir neçə mövqedə oynaya bilər. Onu De Bruyneyə oxşadıram. O da müxtəlif mövqelərdə oynayır. Rəhim son dəqiqələrdə dayaqda da çıxış etdi.

– Transfer pəncərəsi bağlanıb. Təmkin Xəlilzadə ilə İlkin Muradovun taleyi necə olacaq?

– Hər dəfə bu suala cavab vermək istəmirəm. Əvəzedici hbeyətdə oynayıb formalarını bərpa edirlər. Onların karyerası üçün vacibdir. Yolumuza davam edirik. Daha yaxşı kollektiv olmaq istəyirik.

– Oyunlarını gərgin keçir, özünüz də gərgin olursuz. Məşqçilik karyeranızın ən ağır mövsümü olduğunu deyə bilərik?

– Qəti bu barədə düşünmürəm. Bəlkə, mövsümün sonunda belə deyəcəm. Əksinə, çox sakitəm. Oyun ərzində reaksiya verə bilərsən. Ən çətini ilk ilimdə mövsümün sonunda olub. Həm kubok, həm çempionatda elə hadisələr oldu ki, həmişə yadımda qalacaq. Bilmirəm, bəlkə ondan daha betər mövsüm də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43