Kateqoriyasız

“Həmişə güclü qalib gəlmir” – Elmar Baxşıyev

“Bu möbsüm.ən yaxşı oyunumuzu oynadıq. İstəyirdik ancaq hücumda olaq, imkanlar əldə edək. Bunu da bacardılar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Misli Premyer Liqasının V turunda “Zirə”yə məğlub olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli çalışdırıcı daha sonra bunları dedi:

“Bu gün mənim komandam yaxşı oynadı. Həmişə güclü qalib gəlmir. Yenə də “Zirə”ni təbrik edirəm.

O qedər epizodun olursa və qol vura bilmirsənsə məğlubiyyət olur. Komandam bundan da yaxşı nəticələrə layiqdi”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43