Kateqoriyasız

Mərdəkanda gərginlik: “Nə vaxtsa bizim xeyrimizə belə penalti vermisiz?”

Premyer Liqanın V turunun hazırda davam edən “Zirə” – “Qəbələ” matçında gərginlik yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 34-cü dəqiqəsində “Zirə”nin qapısına penalti təyin olunub. Məhz bundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov özündən çıxıb.

O, üzünü hakimlərə tutaraq “mən 2 ildi burdayam, nə vaxtsa “Zirə”nin xeyrinə belə penalti veribsiz? İmkan axtarırsız ki, qapımıza penalti təyin edəsiniz. Bəsdirin artıq!” – deyib.

Hazırsa oyunda ilk hissə oynanılır və hesab qonaqların xeyrinədi – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43