26 İyun 2026
Kateqoriyasız

“Qarabağ” “Trabzonspor”un hücumçusunu transfer edir?

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Fode Koyta karyerasını “Qarabağ”da davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə “61saat” nəşri məlumat yayıb.

Qvineyalı hücumçu 2021-ci ilin yayından “Trabzonspor”da çıxış edir. O, Qaradəniz təmsilçisi ilə 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

31 yaşlı hücumçu “Hatayspor” və “Giresunspor”dan təklif alıb. Ancaq bu klublardan gələn təklifə isti yanaşmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43