22 İyul 2026
Kateqoriyasız

“Qarabağ”ın UEFA-dan alacağı milyonlar

Avropa Liqaqsında uğurlu çıxışını davam etdirən “Qarabağ” qazandığı xallarla yanaşı yaxşı gəlir də əldə edir.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” ötəngünkü Afina zəfərində aktivinə 3 xal yazmaqla yanaşı, UEFA-dan 630 min avro alacaq. Qurum turnirin qrup mərhələsində hər qələbəyə görə 630 min avro verir. Ağdam klubunun Bakıda “Nant”la oyunda da qələbə qazandığını nəzərə alsaq, komandanın aktivinə UEFA-dan ümumilikdə 1 milyon 260 min avro vəsait köçürüləcək. Bu da təxminən 2 milyon manatdan çox pul deməkdi.

G qrupunda qərarlaşan təmsilçimiz 6 xalla 2-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43