Bir dönəm “Milan” klubunun baş məşqçisi olan Fatih Terim İtaliya mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Çempionlar Liqasında “Milan”nın qalib olmasını istədiyini bildirib. O, İtaliya klublarına 4 türkiyəli futbolçu məsləhət görüb.
Terim “Qalatasaray”da çıxış edən Yunus Akgün, Barış Alper, Kerem Aktürkoğlu və “Fənərbağça”nın gənc oyunçusu Arda Gülerin adını çəkib.
Sonuncu dəfə “cim-bom”u çalışdıran Terim 2022-ci ildə komandadan ayrılıb. O, hələ də işsizdir.