UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir.
İdmanxeber.az-ın məlumatına görə, bu gecə daha iki qarşılaşma keçirilib. “Porto” doğma meydanda “İnter”i qəbul edib.
İlk oyunda İtaliyada məğlub olan Portuqaliya klubu doğma meydana sərfəli nəticə qazana bilməyib -0:0. “Porto” iki oyunun nəticəsinə görə turnirlə vidalaşıb.
Digər qarşılaşmada turnirin favoritlərindən sayılan İngiltərə klubu “Mançester Siti” “Leyptsiq”i qəbul edib. Almaniyadakı matçda rəqibi ilə bacarmayan “şəhərlilər” evdə “Leyptsiq”i darmadağın edib – 7:0.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart
00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1
00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” 7:0 (Almaniya)
Qollar: Haaland, 23-pen. 24, 45+2, 54, 57, İlkay Gündoğan, 49, K.Bruyne 90+2.
İlk oyun – 1:1
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1