“Vest Hem”in hücumçusu Canluka Skamakka “Roma”ya keçmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı italiyalı paytaxt klubunun direktoru ilə danışdıqdan sonra belə bir qərar verib. İngiltərə təmsilçisi də oyunçu satmağa razıdır.
2022/23 mövsümündə o, “Vest Hem”in heyətində 27 matçda 8 qol vurub.

