Eduardo Kamavinqa “Real”la yeni müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Yeni sözləşmədə futbolçunun maaşında ciddi artım var.
Fransız futbolçunun müqaviləsindəki təzminat bədəli milyard avro təşkil edir. Kamavinqa 2021-ci ildə 40 milyon avroya “Renn”dən “Real”a keçib.
Futbolçu ötən mövsüm La Liqada komandanın heyətində 37 oyuna çıxıb.

