Gəncə şəhər stadionunda yenidənqurma işləri başlaya bilər.
Bir müddət öncə mətbuatda Tərtər şəhərində tikilməkdə olan stadionda işlərin dayandığı yazılmışdı. UEFA-nın ayırdığı vəsaitlə tikilməli olan idman arenası İdman və Gənclər Nazirliyi ilə AFFA arasındakı anlaşılmazlıq səbəbindən yarımçıq qalıb.
Əldə etdiyimiz məlumata görə, nazirlik əsas diqqətin “Kəpəz” klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna verilməsini istəyir. Bu barədə AFFA ilə də danışıqlar davam edir.
Ən qısa vaxtda tarixi arenada çalışmalar başlaya bilər. İlk olaraq tribunaların hissə-hissə sökülməsi daha sonra isə bərpa işləri nəzərdə tutulub.

