20 İyun 2026
Dünya futbolu

“Real”da yeni müqavilə

Eduardo Kamavinqa “Real”la yeni müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi  2028-ci ilə qədər nəzərdə tutulub. Yeni sözləşmədə futbolçunun maaşında ciddi artım var.

Fransız futbolçunun müqaviləsindəki təzminat bədəli milyard avro təşkil edir. Kamavinqa 2021-ci ildə 40 milyon avroya “Renn”dən “Real”a keçib.

Futbolçu ötən mövsüm La Liqada komandanın heyətində 37 oyuna çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43