Braziliyanın “Flamenqo” klubu Vendeli “Zenit”dən almaq imkanını nəzərdən keçirib.
İdmanxeber.az-ın məlumatına görə, “Zenit” 25 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro təzminat tələb edir. Vendel 2020-ci ilin oktyabrında 20,3 milyon avroya “Sportinq”dən Sankt-Peterburq klubuna keçib.
O, ötən mövsüm “Zenit”in heyətində bütün turnirlərdə 33 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

