19 İyun 2026
Dünya futbolu

Harri Keynə yeni müqavilə

“Tottenhem” Harri Keyni klubda saxlamaq niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 29 yaşlı hücumçunun maaşını artıraraq həftədə 300 min funt-sterlinq etmək istəyir. Rəhbərlik yaxın günlərdə Keynlə yeni sözləşmə təklif edəcək.

Daha əvvəl bildirilirdi ki, “Bavariya”, “Real”, “Mançester Yunayted” və PSJ oyunçunun xidmətində maraqlıdır.

Hücumçunun “Tottenhem”lə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43