“Qalatasaray” basketbol komandası Samet Geyiklə müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun növbəti transferi ötən mövsümü “Fənərbağça”da keçirən Samet Geyik olub. Onunla 2 illik müqavilə bağlanıb.
30 yaşlı Geyik bundan əvvəl “Bornova Bələdiyyə”, “Tofaş”, “Darüşşafaka”, “Pınar Karşıyaka”, “Anadolu Efes”, “Beşiktaş”, “Türk Telekom” və “Fənərbağca” komandalarında çıxış edib.

