20 İyun 2026
Ölkə futbolu

Qurban Qurbanov Marbelada buna ehtiyac duymadı – FOTO

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Linkoln”a qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Avstriyadakı toplanışı bitirdikdən sonra ötən günlərdə İspaniyaya yollanıb. Marbelya bölgəsində çalışmalarını davam etdirən “Köhlən atlar” Cəbəllütariq təmsilçisi üçün xüsusi hazırlıq görmür.

Belə ki, “Linkoln”un ev oyunlarını keçirdiyi “Viktoriya” stadionunun meydançası süni örtükdür.

Adətən təbii ot örtüklü meydanda davam edən məşqlərdən sonra süni meydançada mübarizə aparmaq oyunçulara çətinlik yaratdır.

Bu səbəbdən də “Qarabağ”ın İspaniyadakı  bir-iki məşqi belə bir meydançada keçirəcəyi ehtimal edilirdi. 

Ancaq Qurbanov buna ehtiyac duymayıb. O, komandasını Avstriyada olduğu kimi Marbelyada da təbi örtüklü meydanda hazırlayır. 

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43