Milan Şkrinyar rəsmi olaraq PSJ-yə keçib..
İdmanxeber.az-ın məlumatına görə, slovakiyalı futbolçu 2028-ci ilə qədər Fransa klubu ilə müqavilə imzalayıb. Keçən ildən bu keçidi bitirmək istəyən Paris təmsilçisi sonunda bu arzusuna çatıb.
“İnter” forması ilə 6 mövsüm keçirən Şkrinyar, İtaliya təmsilçisində 246 oyuna çıxıb və 11 qol vurmağı bacarıb.

