Növbəti mövsümdən Azərbaycan Kubokunda iştirakçı sayı artırılıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yeni yaradılmış II Liqa təmsilçiləri ölkə kubokunda iştirak edəcəklər. Komandalar Azərbaycan Kubokunun I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Turnirdə II Liqada yer alan bütün komandalar çıxış edə biləcək.
Xatırladaq ki, II Liqa sentyabrın 4-də start götürəcək.

