20 İyun 2026
Dünya futbolu

“Arsenal” fransalı ilə anlaşdı

“Arsenal” Vilyam Saliba ilə müqavilə müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu fransız müdafiəçi ilə 4 illik yeni müqaviləyə imza atıb. London təmsilçisi uzun müddətdir ki, Saliba ilə razılaşmağa çalışırdı.

Saliba 2019-20 mövsümündə “Arsenal”a keçsə də, yalnız keçən mövsümü orada çıxış edib. O, bütün turnirlərdə 33 oyuna çıxıb, 3 qol vurmağı bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43