02 İyul 2026
Dünya futbolu

Musa oynadı, “Yurqorden” məğlub oldu – YENİLƏNİB

İsveç çempionatının 16-cı turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Musa Qurbanlının transfer olduğu “Yurqorden” bu tur doğma meydanda lider “Elfsborq”u qəbul edib. Ev sahibi komanda oyundan məğlub ayrılıb – 0:4.

Musa Qurbanlı da görüşün iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana daxil olub.

Turnir cədvəlində ilk pillədə qərarlaşan “Elfsborq”un 39, beşinci “Yurqorden”in isə 30 xalı var.

22 iyul, İsveç çempionatı, XVI tur

17:00 “Yurqorden” – “Elsfborq”  0:4 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43