Usman Dembele PSJ-yə keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçunun müqaviləsində iyulun 31-nə qədər 50 milyon avroya sərbəst qalma maddəsi var. Avqustun 1-dən bu qiymət 100 milyon avroya yüksələcək.
Dembele PSJ-nin təklifinə müsbət yanaşır.
26 yaşlı vinger 2017-ci ildən “Barselona”da çıxış edir. O, bu müddətdə 185 oyuna 40 qol vurub və 43 məhsuldar ötürmə edib.

