Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu çempionatın II turunda səfərdə “İstra” komandasını məğlub edib (3:0).
İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından millimizin üzvü yerli mətbuata açıqlama verib:
“Biz yaxşı oyun keçirdik. İstradakı bütün matçlar kimi, budəfəki qarşılaşmanın da ağır keçəcəyini gözləyirdik. Belə də oldu. Hamı, o cümlədən yeni oyunçular 3 xal üçün bütün güclərini ortaya qoydular.
Məşqçimizin tələblərini yerinə yetirməyə çalışıram. İndi bizi Astanaya uzun səfər gözləyir (Çempionlar Liqası oyununa – red.). Biz yaxşı hazırlaşmalı, qələbə qazanmalı və rahatlaşmamalıyıq”.
Xatırladaq ki, Emreli “İstra”ya qarşı bir qol, bir assitlə çıxış edib.

