23 İyun 2026
İdman

Azərbaycan gimnastından daha bir medal

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Çinin Çenqdu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, o, gürzlər ilə hərəkətlərin icrasında 2-ci yeri tutub və gümüş medala yiyələnib.

 

Xatırladaq ki, gimnastımız bundan öncə halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanmışdı. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43