23 İyun 2026
Dünya futbolu

Manenin “Əl Nəsr”dəki maaşı açıqlandı

“Bavariya”nın sabiq hücumçusu Sadio Mane “Əl Nəsr”də ildə 40 milyon avrodan çox maaş alacaq.

İdmanxeber.az “Sky Sport”a istinadən xəbər verir ki, bu məbləğ onun Münhen təmsilçisində aldığından iki dəfə çoxdur. 

Seneqallı ilə yanaşı, Marselo Brozoviç, Aleks Telles və Seko Fofana da yay transfer pəncərəsində “Əl Nəsr”ə qoşulub. 

Mane ötən yay “Liverpul”dan “Bavariya”ya keçib. O, Münhendə 38 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43