Osman Dembele ayrılsa, “Barselona”nın transferdə ilk hədəfi Joao Kanselo olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Valyadolid”dən İvan Fresneda ilə də maraqlanır. Kanselo bu ilin yanvarından icarə əsasında “Bavariya”da çıxış edib.
O, Almaniya klubunda 21 oyuna 1 qol vurub və 6 məshuldar ötürmə edib.
Fresneda isə ötən mövsüm “Valyadolid”də 24 oyuna çıxıb.

